Ağdərə və Xocalının kəndlərinə növbəti köç başlayıb | YENİLƏNİB
12:11
Ağdərə rayonunun Vəngli, Xocalı rayonunun isə Badara və Daşbulaq kəndlərinə növbəti köç karvanları bu gün yola salınıb.
AzVision.az APA-ya istinadən xəbər verir ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriyalarda, inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Xocalının Daşbulaq kəndinə 9 ailə (31 nəfər), Badara kəndinə 6 ailə (19 nəfər), Ağdərənin Vəngli kəndinə isə 11 ailə (45 nəfər) köçürülüb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


